İspaniyada son sutkada 100-dən az yoluxma qeydə alındı

İspaniyada son sutkada 100-dən az yoluxma qeydə alındı
Oxunma sayı: 580

İspaniyada son sutka ərzində cəmi 96 nəfərdə koronavirus aşkarlanıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da İspaniyada koronavirusa yoluxanların ümumi sayı 239 429-a yüksəlib.

Son 7 gün ərzində xəstəlik qurbanlarının sayı 39, pandemiyanın başladığı vaxtdan indiyədək isə 27 127 olub. 

Son həftə ərzində xəstəxanalara 263, intensiv terapiya şöbələrinə 9 pasiyent daxil olub.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi