İspaniyada keçirilən növbədənkənar parlament seçkilərinin “exit-poll” nəticələrini açıqlayıb.
“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, Sosialist Əmək Partiyası (PSOE) seçkinin qalibi olub. Lakin, hökumət qurmaq üçün lazım olan baryeri keçə bilməyib.
İlkin nəticəyə görə, 359 mandatlı parlamentdə PSOE 116-121 yer, Xalq Partiyası (PP) 66-73, Vətəndaşlar (C's) 48-49, solçu Unidas Podemos 42-45, sağçı Vox 36-38, Kataloniya Cümhuriyyətçi Solu 13-14, Bask Milliyətçi Partiyası (PNV) 6, Kataloniya üçün Birlik 5, Eh Bildu 2, Navarra 2, Kompromis 1, Kanarya koalisiyası 1 və “Front Republica” 1 yer qazanıb.
Qeyd edək ki, seçkidə seçicilərin 60,75 faizinin səs verdiyi açıqlanıb.
Son xəbərlər
Son Xəbərlər