İspaniyada universitetə silahlı hücum - Foto

İspaniyada universitetə silahlı hücum
Oxunma sayı: 922

İspaniyanın şimalında yerləşən Leioa şəhərində Del Pais Vasko universitetinə silahlı hücum olub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı gənc əlindəki tüfənglə universitet binasına bir neçə dəfə atəş açıb.

Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.