İspaniyada yanğınlara görə 3 min insan evakuasiya edilib

ispaniyada-yanginlara-gore-3-min-insan-evakuasiya-edilib
Oxunma sayı: 848

İspaniyanın Valensiya əyalətində yanğınlara görə üç min insan evakuasiya edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq bir neçə gündür ki, yanğınsöndürənlər Valensiyadakı yanğının qarşısını ala bilmirlər. 600 hektardan çox meşə sahəsi yanıb, 20 ev isə məhv olub. 

Yanğının söndürülməsinə 600 yanğınsöndürən, 25 ədəd texnika cəlb edilib.  

Qeyd edək ki, İspaniya və Portuqaliyada ötən həftədən başlayan isti havalar meşə yanğınlarına səbəb olub.