İspaniyada yük gəmisi aşdı, xəsarət alanlar var

ispaniyada-yuk-gemisi-asdi-xesaret-alanlar-var
Oxunma sayı: 1693

İspaniyanın Kastelyon de la Plana şəhərində göyərtəsində doqquz heyət üzvü olan yük gəmisi aşıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə limanın mətbuat xidməti tvitterdə məlumat yayıb.

"Doqquz ekipaj üzvünün olduğu "NAZMIYE ANA" gəmisi Kastelyon limanında konteynerinin yüklənməsi işləri zamanı aşıb",-deyə açıqlamada bildirilib.

Hadisə nəticəsində yaralanan üç nəfər xəstəxanalara yerləşdirilib. Bundan əlavə, itkin düşmüş iki nəfərin axtarışları davam etdirilir. Hadisənin təfərrüatları araşdırılır.

"El Pais" qəzetinin məlumatına görə, "NAZMIYE ANA" yük gəmisi Panamanın bayrağı altında hərəkət edir.