İspaniyada zəlzələ oldu

ispaniyada-zelzele-oldu
Oxunma sayı: 1113

İspaniyanın Qranada əyalətində 4,3 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Qranada şəhərindən 12 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı yerin 2 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən gün də Qranadada 4,0 bal gücündə zəlzələ baş vermişdi.