İspaniyadakı öküz yarışları zamanı matador öldü

ispaniyadaki-okuz-yarislari-zamani-matador-oldu
Oxunma sayı: 2481

İspaniyanın şərqindəki Teruel şəhərində keçirilən öküz yarışları zamanı sinəsindən zərbə alan matador dünyasını dəyişib.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, 29 yaşlı matador Viktor Barrio öküzün buynuz zərbələri nəticəsində dünyasını dəyişib.

V.Barrio İspaniyada XXI əsrdə öküzün buynuz zərbəsi nəticəsində ölən ilk matadordur. Ölkədə sonuncu dəfə 1992-ci ildə Ramon Soto Varqas adlı matador öküz yarışları zamanı aldığı zərbədən dünyasını dəyişmişdi.