İspaniyadakı partlayışda yaralananların sayı artdı - Video+Yenilənib

ispaniyadaki-partlayisda-yaralananlarin-sayi-artdi
Oxunma sayı: 2978

İspaniyanın Kataloniya muxtar vilayətinin Tarraqon şəhərində neft-kimya zavodunda güclü partlayış olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışda ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Yerli sakinlərə kimyəvi zəhərlənmə təhlükəsi səbəbindən evlərdən çıxmamaq, qapı və pəncərələri bağlamaq tövsiyə olunub.

Hadisə yerinə yanğınsöndürənlər göndərilib.

***

Partlayış nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb. 

***

Partlayış nəticəsində yaralananların sayı 8-ə çatıb.

İki nəfərin vəziyyəti kritikdir, onlar ciddi yanıq xəsarətləri alıb.