İspaniyadan bu məhsulların idxalı qadağan edildi

ispaniyadan-bu-mehsullarin-idxali-qadagan-edildi
Oxunma sayı: 1331

İspaniya Krallığının Balear adalarında blutanq xəstəliyi qeydə alınıb.

AQTA-dan “Qafqazinfo”ya verilən məlumata görə, İspaniya Krallığının Balear adalarından bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İspaniyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.