İspaniyalı hakim futbol tarixinə düşür

ispaniyali-hakim-futbol-tarixine-dusur
Oxunma sayı: 3416

İspaniyalı hakim Mateu Laos bu gün futbol tarixinə düşə bilər.

“Qafqazinfo” xəbər verir ki, 45 yaşlı referi iki gün ərzində iki final oyununu idarə etməklə ilkə imza atacaq.

Mayın 19-da "Əl-Hilal" və "Əl-Feyha" komandaları arasında Səudiyyə Ərəbistanı kubokundakı həlledici görüşdə iş başında olan Laos bu gün Yunanıstan kubokunun final matçını idarə edəcək. "Panatinaikos" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.