İspaniyalı mütəxəsssilər səhər yeməyinə bu məhsulları uyğun bilir

İspaniyalı mütəxəsssilər səhər yeməyinə bu məhsulları uyğun bilir
Oxunma sayı: 2335

İspaniyalı mütəxəssislər yumurta, süd məhsulları, meyvələr, taxlalı bitki məhsulları, hind toyuğu və ya toyuq ətini səhər yeməyi üçün daha uyğun hesab edirlər.  “Qafqazinfo”nun məlumatına görə, bu barədə “MedikForum” yazıb.

İspaniya Qidalanma və Diyetologiya Cəmiyyətləri Federasiyasının Prezidenti Asensyon Markos qeyd edib ki, gün tərkibində hədsiz çox doymuş yağlar olan qidadan başlamamalıdır – xüsusilə də, bulku, kruasan və digər şirniyyat və ya emal olunmuş ət məhsullarından.

Öz növbəsində, “Vithas International” tibb institutunun direktoru Sesiliya Almuinya bildirib ki, bəzi məhsullar reflüks və ya qastrit simptomlarını pisləşdirə bilər.  Bu səbəbdən ekspert səhər oyanarkən dərhal kofe içməməyi tövsiyə edir. Daha əvvəl nəsə yemək, sonra isə kofe içmək olar. Tibb mütəxəssisi qazlı içkilərin səhər yeməyi üçün qətiyyən uyğun olmadığını qeyd edib.

İspaniyalı mütəxəssislərin fikrincə, səhər yeməyi üçün ən yaxşı seçim meyvə, süd məhsulları, eləcə də taxlalı bitki məhsullarıdır, hansılar ki, bütün gün ərzində orqanizmin işini dəstəkləyəcək vitamin və mikroelementlərlə zəngindir. Bundan başqa, qaynadılmış hind toyuğu və ya toyuq əti, tuna balığı, yumurta və qoz da səhər yeməyi üçün əlverişlidir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi