İspaniyanı çempion etmişdi, belə qarşılandı - Video

ispaniyani-cempion-etmisdi-bele-qarsilandi
Oxunma sayı: 6498

Almaniyada təşkil olunan AVRO-2024-ün final matçında İngiltərəyə vurduğu qolla İspaniyaya çempionluq qazandıran Mikel Oyarzabal məhəlləsində təmtəraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə futbolçunun adına pankart açıldığı və fakellərdən istifadə olunduğu əks olunub.

Xatırladaq ki, AÇ-2024-ün final görüşündə İspaniya yığması İngiltərəni 2:1 hesabı ilə məğlub edərək 4-cü dəfə Avropa çempionu olub.