İspaniyanın Baş naziri Ukraynaya gedəcək

ispaniyanin-bas-naziri-ukraynaya-gedecek
Oxunma sayı: 993

İspaniyanın Baş naziri Pedro Sançes bu gün Ukraynaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İspaniyanın “La Razon” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, bu, təhlükəsizlik baxımından hökumət başçısının rəsmi gündəliyinə daxil edilməyən ciddi məxfilik şəraitində olan səfərdir.

Vurğulanır ki, Kiyevə səfər “İspaniyanın müttəfiqlər qarşısında öhdəlikləri” çərçivəsindədir.