İspaniyanın hərbi təyyarəsi dənizə düşüb - Video

ispaniyanin-herbi-teyyaresi-denize-dusub
Oxunma sayı: 1509

İspaniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən  xəbər verir ki, “C-101” tipli hava nəqliyyatı bu gün səhər saatlarında Mursiya əyaləti yaxınlığında Aralıq dənizinə düşüb. Qəzanın baş verdiyi anın göüntüsü sosial şəbəkələrdə yayımlanıb. Məlumata görə, qəza zamanı pilot təyyarədən çıxsa da, həlak olub. 

Hadisəni təsdiqləyən İspaniya Müdafiə Nazirliyi qəzanın səbəblərinin araşdırıldığını deyib.

Aysel Kərimova