İspaniyaya miqrant daşıyan gəmi batdı - 35 nəfər öldü

ispaniyaya-miqrant-dasiyan-gemi-batdi
Oxunma sayı: 1439

Afrikadan Avropaya miqrant daşıyan gəmi batıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gəmi İspaniyaya gedərkən Mərakeşin Qran Kanariya adası yaxınlığında batıb.

Bildirilib ki, hadisə nəticədə ən azı 35 nəfər ölüb.

Gəmidə 59 nəfər olub. Onlardan 24 nəfəri xilas edilib.

Həmçinin, həlak olan miqrantların arasında 1 uşağın olduğu da qeyd olunub.