İsrail başqa ölkələrdən tələbat olmazsa, əlindəki son istifadə tarixi yaxınlaşan 800 min koronavirus vaksinini məhv edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat İsrail İctimai Yayım Qurumunda (KAN) yer alıb.
Bildirilib ki, Təl-Əviv administrasiyasının əlində son istifadə tarixi yaxınlaşan 800 min vaksin var.
Ölkənin Səhiyyə Nazirliyi başqa ölkələrdən tələbat gəlməsə, bu vaksinləri məhv etmək məcburiyyətində qalacaq.
Vaksinlərin hansı şirkətin istehsalı olduğu açıqlanmasa da, İsrail “BioNTech-Pfizer” almışdı.
İsrail iyunun 18-də son istifadə tarixi yaxınlaşan vaksinləri Fələstinlə dəyişmək barədə razılığa gəlmişdi. Razılıq çərçivəsində İsrail əlindəki 1 milyon vaksini Fələstinə verəcək, Fələstin isə sentyabr-oktyabr aylarında alacağı peyvəndləri İsrailə göndərəcəkdi.
Sonradan Fələstin administrasiyası vaksinlərin vaxtının tezliklə bitəcəyini əsas gətirərək, razılaşmanı ləğv etmişdi.
Son xəbərlər
Son Xəbərlər