İsrail Baş Naziri Trampla görüşəcək

israil-bas-naziri-trampla-gorusecek
Oxunma sayı: 768

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri başlayır.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu ABŞ prezidenti Donald Trampla görüşəcək.

Tərəflərin İran, Suriya və Yaxın Şərq məsələləri müzakirə edəcəyi güman edilir.

İsrail Baş Naziri Vaşinqtonda həmçinin vitse-prezident Mayk Pens, dövlət katibi Reks Tillerson, Respublikaçı və Demokratlar partiyasının liderləri ilə də görüşəcək.