İsrail BƏƏ-də səfirlik açdı

israil-bee-de-sefirlik-acdi
Oxunma sayı: 763

İsrail Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfirlik açıb.

“Qafqazinfo”nun xəbərinə görə, İsrail Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirlik tam yerləşənədək müvəqqəti ofislərdə xidmət göstərəcək.

Eytan Naeh səfir təyin olunub və artıq vəzifəsinin icrası üçün Əbu-Dabiyə yollanıb. Rəsmi açılışın isə bir neçə gün içində baş tutacağı bildirilib.

Vurğulanıb ki, Əbu-Dabidə səfirliyin açılması 15 sentyabr 2020-ci ildə imzalanan əlaqələrin normallaşdırılması anlaşmasının tərkib hissəsidir.