İsrail Braziliya prezidentini “arzuolunmaz şəxs” elan edib

israil-braziliya-prezidentini-arzuolunmaz-sexs-elan-edib
Oxunma sayı: 1632

İsrailin xarici işlər naziri İsrael Kaç Braziliya Prezidenti Lula da Silvanı “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

“Qafqazinfo” xəbər verir ki, İ.Kaç bununla bağlı məlumatı öz “X” hesabında paylaşıb. 

Məlumata görə, buna səbəb Braziliya liderinin Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etməsi olub. 

Qeyd edək ki, fevralın 18-i Lula da Silva bildirib ki, Qəzza zolağında baş verənlər soyqırımıdır və o bu hadisələri Adolf Hitlerin yəhudilərə qarşı törətdiyi əməllərlə müqayisə edib. İsrailin Baş naziri Benyamin Netanyahu bu açıqlamaları “qırmızı xətt”i keçmək adlandırıb.