İsrail bu şərtlə iki aylıq atəşkəs təklif etdi

israil-bu-sertle-iki-ayliq-ateskes-teklif-etdi
Oxunma sayı: 1756

İsrail bütün girovları azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatları iki ay müddətinə dayandırmağı təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

“İsrail Qətər və Misir vasitəçiləri vasitəsilə HƏMAS-a Qəzzada saxlanılan bütün girovların azad edilməsini nəzərdə tutan çoxmərhələli razılaşmanın bir hissəsi kimi hərbi əməliyyatlarda iki aylıq fasilə nəzərdə tutan təklif göndərib”, - İsrail rəsmiləri portala bildirib.