İsrail Cəlilov təslim oldu

israil-celilov-teslim-oldu
Oxunma sayı: 767

Bakıda keçmiş arvadının başını kəsən gənc təslim olub.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 29-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Aysel Cəlilovanın evinə gələn keçmiş əri, Qobustan rayon sakini İsrail Cəlilov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. A.Cəlilova aldığı xəsarətdən hadisə yerində ölüb.

İ.Cəlilov könüllü olaraq 6-cı PB-yə gəlib.

Qeyd edək ki, hadisə gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Hadisəni törədən İ. Cəlilov qaçıb. Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.

Murad Əhməd