İsrail Dəməşqə aviazərbələr endirdi, yaralananlar var - Suriya KİV

İsrail Dəməşqə aviazərbələr endirdi, yaralananlar var
Oxunma sayı: 2230

İsrailin Dəməşqə endirdiyi aviazərbələr nəticəsində dörd suriyalı hərbçi yaralanıb.

Bu barədə “Qafqazinfo” Suriyanın SANA dövlət agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, zərbələrlə, həmçinin maddi zərər vurulub.

Zərbələr Holan yüksəklikləri və Livan ərazisindən İsrail tərəfindən endirilib.

İsrail tərəfi bu məlumatları hələlik şərh etməyib.