İsrail Dəniz Qüvvələri fələstinli balıqçılara atəş açdı

israil-deniz-quvveleri-felestinli-baliqcilara-ates-acdi
Oxunma sayı: 801

İsrail Dəniz Qüvvələri Qəzza zolağının sahilində ov edən fələstinli balıqçılara plastik güllələrlə atəş açıb.

“Qafqazinfo”  "TRT Haber"ə istinadən xəbər verir ki, açılan atəş nəticəsində yaralanan 2 fələstinli balıqçının vəziyyəti orta ağır qiymətləndirilir. İsrail tərəfindən hadisə ilə bağlı hələ ki, açıqlama verilməyib.

Qeyd edək ki, Fələstin Balıqçılar Birliyinin verdiyi məlumata görə, Qəzza bölgəsində təqribən 4 min insan balıq ovu ilə ehtiyaclarını qarşılayır.