İsrail əcnəbilərə qoyulan qadağanı yenə uzatdı

israil-ecnebilere-qoyulan-qadagani-yene-uzatdi
Oxunma sayı: 1462

İsrail hökuməti koronavirus pandemiyası dövründə xarici dövlət vətəndaşlarının ölkə ərazisinə girişinə qoyulan qadağanı uzadıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Globes” nəşri xəbər verib.

Qeyd edilir ki, avqustun 1-də başa çatan qadağa sentyabrın 1-dək uzadılıb.

Xaricdən qayıdan israillilər isə əvvəlki kimi 14 gün karantində qalmalı olacaqlar.  

Xatırladaq ki, əcnəbilərin ölkəyə girişi ilə bağlı qadağa mart ayının ortalarından etibarən qüvvədədir.