İsrail əsgərləri 6 fələstinlini yaraladı

israil-esgerleri-6-felestinlini-yaraladi
Oxunma sayı: 706

İordan çayının qərb sahilində yəhudilərin qanunsuz şəkildə yerləşdirilməsinə etiraz edən fələstinlilərlə İsrail əsgərləri arasında çaxnaşma düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əsgərlər plastik güllə və gözyaşardıcı qazla müdaxilə edib.

Hadisələr zamanı 6 nəfər yaralanıb, onlarla insan isə qazdan boğulma təhlükəsi keçirib.