İsrail əsgərləri fələstinlilərə atəş açdılar - 1 ölü, 1 yaralı

israil-esgerleri-felestinlilere-ates-acdilar
Oxunma sayı: 788

İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli ölüb, digəri yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatı İsrail ordusu təsdiqləyib. Belə ki, fələstinlilər Cenin şəhərində İsrail əsgərlərinə partlayıcı atdıqdan sonra cavab atəşi açmalı olduqlarını açıqlayıblar. 

Hadisə zamanı İsrail əsgərləri arasında yaralanan olmayıb.