İsrail əsgərləri taxıl sahələrini yandırır

israil-esgerleri-taxil-sahelerini-yandirir
Oxunma sayı: 633

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, İsrail əsgərləri Qəzza zolağının şərqindəki 100 arlıq əkin sahəsini yandırıblar.

Bu barədə məlumat verən zolaqdakı Fələstin hökumətinin Kənd Təsərrüfatı nazirinin müavini İbrahim Kudra “Anadolu" Agentliyinə müsahibəsində insidentin işğalçı əsgərlərin Xan Yunis rayonu yaxınlığındakı tarlalara od vurduğunu deyib.

Nazir müavini yandırılan sahələrin tamamilə əkinə yararsız hala düşdüyünü açıqlamasında qeyd edib.