İsrail əsgərlərinin Qəzzaya növbəti hücumu - Ölən və yaralananlar var

israil-esgerlerinin-qezzaya-novbeti-hucumu
Oxunma sayı: 730

Fələstinlilərin İsrailin Qəzzanı işğalına qarşı başladığı Böyük Qayıdış Yürüşünün 15-ci cüməsində növbəti qanlı hadisə yaşanıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail əsgərlərinin açdığı atəş nəticəsində 1 nəfər ölüb, 396 nəfər yaralanıb. Fələstinin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Kudra ölən şəxsin 22 yaşlı Məhəmməd Camal Alian Əbu Həlimə olduğunu bildirib. 

Qeyd edək ki, martın 30-dan etibarən İsrail əsgərləri 137 nəfər fələstinlini qətlə yetirib, 15 mindən çox insanı isə yaralayıb.