İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Qəzza zolağındakı hərbi-dəniz hədəflərini atəşə tutub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, qırıcılar HƏMAS-a məxsus olan 6 gəmini bombalayıb. Hücumların İsrail ərazinsində törədilən partlayışlara cavab olduğu bildirilib.
Fələstin tərəfi insidentlə əlaqədar şərh verməyib.
Son xəbərlər
Son Xəbərlər