İsrail HƏMAS komandirlərinin evlərinə zərbələr endirdi

israil-hemas-komandirlerinin-evlerine-zerbeler-endirdi
Oxunma sayı: 1086

İsrail qırıcıları Qəzza sektorunda HƏMAS komandirlərinin “terror infrastrukturu” kimi istifadə etdikləri 5 evə zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin məlumatında deyilir:

"Son bir neçə saat ərzində İsrail Müdafiə Ordusunun qırıcıları və təyyarələri Qəzza zolağında HƏMAS-ın beş qərargahına hücum etdi. Hücum edilən evlər terrorçuların infrastrukturu kimi fəaliyyət göstərirdi”.