İsrail “Həmas”ın obyektlərini vurub

israil-hemasin-obyektlerini-vurub
Oxunma sayı: 1216

İsrail Qəzza zolağında “Həmas” qruplaşmasına hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusu rəsmi tvitter hesabında məlumat yayıb: 

"Hal-hazırda Həmas terror qruplaşmasının obyektlərinə hücum edirik. Hücum İsrail ərazisinin gecə atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Döyüşçülərimiz “Həmas”ın obyektlərinə, o cümlədən hərbi düşərgəyə və dəniz qüvvələrinin istifadə etdiyi bir kompleksə, qruplaşmanın yeraltı infrastrukturuna hücum ediblər".

Qeyd edək ki, daha əvvəl Qəzza zolağından İsrailin cənubundakı Beer-Şeva şəhərinə iki raketin atıldığı, onların "Dəmir günbəz" raketdən müdafiə sistemi tərəfindən tutulduğu bildirilmişdi.