İsrail hərbçiləri fələstinliləri güllələdi - Ölən və yaralanan var

israil-herbcileri-felestinlileri-gulleledi
Oxunma sayı: 1157

İsrail əsgərləri İordan çayının qərb sahilində özbaşınalığı yatıran zaman 16 yaşlı fələstinlini güllələyiblər.

Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrailin “9-cu” kanalı məlumat yayıb.

İnsident “əl-Ərub” qaçqın düşərgəsi yaxınlığında baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, daha biri isə ağır yaralanıb.

Kanalın məlumatına görə, hərbçilər Hevron şəhəri yaxınlığında yoldan keçən İsrail nömrəli avtomaşınlara “Molotov kokteyli” atan bir qrup fələstinliyə atəş açıb.