İsrail hərbi qüvvələri Dəməşqi bombaladı - Ölən və yaralananlar var+ Yenilənib

İsrail hərbi qüvvələri Dəməşqi bombaladı
Oxunma sayı: 776

İsrail hərbi təyyarələri 20 noyabra keçən gecə Suriya ordusuna və İslam İnqilabı Keşikçilərinin “Əl-Qüds” batalyonuna məxsus mövqelərinə zərbələr endiriblər.

“Qafqazinfo”nun “Haaretz” qəzetinə istinadən verdiyi xəbərə görə, hücum SAR tərəfindən yəhudi dövlətinin ərazisinə dörd raketin atılmasına cavab xarakteri daşıyıb.

Qeyd olunur ki, İsrail ordusu çərşənbə axşamı raketlərin atılmasını qeydə alıb, bütün mərmilər “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən tutulub. Hücumunun hədəflərindən biri də “Əl-Qüds” qərargahının olduğu Dəməşq hava limanının yaxınlığında yerləşən bina olub.

Mümkün qurban və yaralananlar barədə məlumat yoxdur.

***

“Röyters” xəbər verir ki, İsrailin Suriyanın paytaxtı Dəməşqə raket zərbəsi endirməsi nəticəsində ən azı iki mülki şəxs həlak olub, daha bir neçə nəfər yaralanıb.

“The Times of Israel” qəzetinin yazdığına görə, pilotlar həm İran qüvvələrinə, həm də Suriya rejiminə məxsus çoxsaylı hədəfləri vurmağa müvəffəq olublar. Bunların arasında raket buraxıcıları, silah anbarları, komanda mərkəzləri və bazalar var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi