İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi

israil-hokumeti-behreynle-razilasmani-tesdiqledi
Oxunma sayı: 1627

Oktyabrın 25-də İsrail hökuməti həftəlik iclasda səsvermə zamanı yəhudi dövləti ilə Bəhreyn arasındakı münasibətlərin normallaşdırılmasına dair razılaşmanı təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Armeyskoe radio (“Qaley Tsaxal”) məlumat yayıb.

Məlumata görə, Bəhreynlə müqavilə İsrail Nazirlər Kabineti tərəfindən yekdilliklə təsdiqlənib.

Xatırladaq ki, Bəhreynlə İsrail arasında diplomatik münasibətlərin qurulduğuna dair məlumat oktyabrın 19-da yayılmışdı. Krallığın Xarici İşlər naziri Abdel Lətif bin Rəşad az-Zayani bildirmişdi ki, müvafiq saziş yüksək rütbəli İsrail nümayəndə heyətinin səfəri zamanı Manamada imzalanıb: “Biz İsraillə diplomatik münasibətlərin qurulması haqqında saziş imzalamışıq. Biz sülh və dialoq yoluna sadiqik, Yaxın Şərqdə ədalətli və hərtərəfli sülh əldə edilməlidir. İki dövlətin - İsrail və Fələstinin birgəyaşayışına dair qərar beynəlxalq qətnamələrə və ərəb sülh təşəbbüsünə uyğun olaraq 2002-ci ildə əldə edilməli idi”.