İsrail İordan çayının qərb sahili ilə sərhədi bağladı

israil-iordan-cayinin-qerb-sahili-ile-serhedi-bagladi
Oxunma sayı: 969

İsrail İordan çayının qərb sahili ilə inzibati sərhədi 3 günlüyə bağlayıb.

Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, “Şavuot” yəhudi bayramı münasibətilə keçirilən tədbirlərlə əlaqədardır.

İsrail Müdafiə Nazirliyindən bildirilib ki, sərhəd yalnız humanitar maşınlar və həkimlər, eləcə də Yerusəlimdəki “Əl-Əksa” məscidində dua etmək istəyən fələstinlilər üçün açılacaq.

Qeyd edək ki, bu həftə Tel-Əvivdə fələstinlilərin hücumu nəticəsində 4 israilli ölüb.