İsrail məhbusların azad edilməsini təxirə saldı

israil-mehbuslarin-azad-edilmesini-texire-saldi
Oxunma sayı: 1593

İsrail Həmas qrupu ilə razılığa əsasən, şənbə günü azad edilməli olan fələstinli məhbusların azadlığa buraxılmasını qeyri-müəyyən müddətə təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“HƏMAS tərəfindən dəfələrlə pozuntular, o cümlədən girovlarımızın ləyaqətinə xələl gətirən mərasimlər və onlardan təbliğat məqsədləri üçün rüsvayçılıqla istifadə edilməsini nəzərə alaraq, dünən üçün planlaşdırılan terrorçuların azad edilməsinin təxirə salınması qərara alınıb”, - məlumatda qeyd olunub.