İsrail Misir və Qəzza arasındakı dəhlizdə patrul xidməti təklif etdi

israil-misir-ve-qezza-arasindaki-dehlizde-patrul-xidmeti-teklif-etdi
Oxunma sayı: 1069

İsrail Misirlə Qəzza zolağı arasındakı dəhlizdə patrul xidmətinin aparılması hüququnun verilməsi üçün Misirə təklif göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.

Nəşrin Misirin yüksək vəzifəli rəsmilərinə istinadən yazdığına görə, İsrail Qəzza ilə sərhəddə Misirin nəzarətində olan ərazinin Filadelfiya dəhlizi boyunca sensorlar quraşdırmaq təşəbbüsü ilə çıxış edib.

“İsrail həmçinin sensorların işə salınması halında birbaşa bildiriş verməyi və bölgəyə kəşfiyyat pilotsuz təyyarələri göndərmək hüququnu təklif edib”, - deyə bildirilib.