İsrail Müdafiə Ordusu Qəzza sakinlərinə çağırış etdi

israil-mudafie-ordusu-qezza-sakinlerine-cagiris-etdi
Oxunma sayı: 4541

İsrailin Müdafiə Ordusu Qəzza şəhərinin sakinlərini Qəzza zolağının cənubuna getməyə çağırıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.

“İsrail Müdafiə Ordusu Qəzza şəhərinin bütün dinc sakinlərini öz təhlükəsizlikləri üçün cənuba getməyə çağırır. Geri dönməklə bağlı digər göstəriş verildikdən sonra şəhərə qayıda bilərsiniz”, - deyə məlumatda qeyd olunub. 

Bildirilib ki, HƏMAS terrorçuları dinc sakinlərin yaşadığı evlərin altındakı tunellərdə və binaların içərisində gizlənir.

BMT-nin məlumatına görə isə, İsrail Müdafiə Ordusu Qəzza sakinlərinin təxliyəsi üçün 24 saat vaxt verib. 

Qeyd olunur ki, burada söhbət təqribən 1,1 milyon fələstinlidən gedir.