Hücuma cavab vermək üçün səlahiyyət onlara verildi - Yenilənib

hucuma-cavab-vermek-ucun-selahiyyet-onlara-verildi
Oxunma sayı: 6457

İsrailin hərbi kabineti hücum gündəliyi ilə bağlı təcili iclas keçirir.

“Qafqazinfo” “TRT”yə istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun sədrliyi ilə Təl-Əvivdə toplanan döyüş kabineti İrandan atılan PUA hücumunu müzakirə edir.

Rəsmi açıqlama verilməsə də, görüşlə bağlı paylaşılan fotoda İsrailin müdafiə naziri Yoav Qallant, Müharibə kabinetinin üzvü Benni Qantz və Baş Qərargah rəisi Herzi Halevinin də olduğu görünür.

***

CNN-in məlumatına görə, İsrailin təhlükəsizlik kabineti İranın hücumuna cavab qərarı vermək üçün hərbi kabinetə səlahiyyət verib.

Belə ki, qərar bu gecə keçirilən iclasdan sonra qəbul edilib.

Müharibə kabinetinə Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və Benni Qantz daxildir.