"Qafqazinfo"ya daxil olan məlumata görə, nümayəndə heyətinin tərkibində Afula şəhər merinin birinci müavini Mixael Barkan, Akko şəhər merinin birinci müavini Zaev Noyman, Absorbsiya Nazirliyinin Qafqaz icması ilə iş üzrə layihəsinin rəhbəri Rauf Ağalarov, Arye Tal şəhərinin meri Nirat Karmel, şəhər şurasının deputatı Aviran Mişiyev və “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov, israilli jurnalistlər və mədəniyyət xadimləri olub.
İsrailli qonaqlar şəhərin görməli yerlərini gəziblər. Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami Məqbərəsi və Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, Cümə Məscidi və Cavadxan Türbəsində olublar. Xan bağını seyr etdikdən sonra Heydər Əliyev Mərkəzinə gəliblər.
Son xəbərlər
Son Xəbərlər