İsrail nümayəndə heyəti danışıqlar aparmaq üçün Qahirəyə getdi

israil-numayende-heyeti-danisiqlar-aparmaq-ucun-qahireye-getdi
Oxunma sayı: 1217

İsrail nümayəndə heyəti girovları azad etmək üçün danışıqlar aparmağa görə Qahirəyə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib.

 Danışıqların təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, avqustun 23-də Fələstin hakimiyyəti İsrail və HƏMAS arasında danışıqlarda iştirakdan imtina edib.