İsrail ordusu daha 4 fələstinli uşağı öldürdü

israil-ordusu-daha-4-felestinli-usagi-oldurdu
Oxunma sayı: 992


“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, İsrail artilleriyasının fələstinlilərin yaşadığı evlərə atdığı mərmilər nəticəsində 4 azyaşlı uşaq ölüb, 10 nəfər isə yaralanıb.

Hadisə şahidlərinin məlumatına görə, bu, son günlərin ən böyük hərbi əməliyyatı olub. Fələstinlilərin yaşadığı xeyli evin dağıldığı bildirilir.

Qeyd edək ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar 275 fələstinlinin həyatının itirməsi ilə nəticələnib. Yaralı sayı isə 2 min civarındadır.