İsrailin baş naziri Binyamin Netanyahu ölkənin Paraqvaydakı səfirliyinin bağlanması haqda göstəriş verib.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu addım Paraqvayın Qüdsdəki səfirini Tel-Əvivə geri çağırmasına cavab olaraq atılıb. Netanyahu bu haqda artıq Xarici İşlər Nazirliyinə göstəriş verib.
Xatırladaq ki, bir qədər əvvəl Paraqvayın xarici işlər naziri Luis Kastilyoni ölkəsinin Qüdsdəki diplomatik missiyasının dərhal Tel-Əvivə qayıtması haqda qərar qəbul edib.
Son xəbərlər
Son Xəbərlər