İsrail parlamenti fövqəladə hökumətin yaradılmasını təsdiqlədi

israil-parlamenti-fovqelade-hokumetin-yaradilmasini-tesdiqledi
Oxunma sayı: 1730

İsrail parlamenti vahid fövqəladə hökumətin yaradılmasını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

Nəşrin məlumatına görə, müxalifət liderlərindən birinin Benni Qantsın iştirakı ilə fövqəladə Nazirlər Kabinetinin yaradılmasını 66 deputat dəstəkləyib, heç bir parlamentari əleyhinə səs verməyib.

Oktyabrın 11-də İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə fövqəladə hökumət yaradıldığını elan edib. O qeyd edib ki, ölkənin taleyi hazırda təhlükə altında olduğundan bütün digər mülahizələr kənara qoyulub. Baş nazir vurğulayıb ki, hakimiyyət bütün israillilərin xeyrinə birgə çalışacaq.