İsrail polisi avtobusdakı partlayışın terror aktı olduğunu - Açıqladı

israil-polisi-avtobusdaki-partlayisin-terror-akti-oldugunu-
Oxunma sayı: 975

İsrail polisi Qüdsdə 15 nəfərin xəsarət alması ilə nəticələnmiş partlayışın terror aktı olduğunu elan edib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, polis bildirib ki, partlayış boş avtobusda baş verib. Yanğın oradan içərisində sərnişinlər olan digər avtobusa keçib.

Hüquq mühafizə orqanlarının mətbuat katibi Mixael Zingerman hadisə yerində partlayıcı qurğunun tapıldığını bildirib. Onun sözlərinə görə, söhbət terror aktından gedir.

Bir qədər əvvəl İsrailin hüquq mühafizə orqanları partlayışın texniki səbəblərdən baş verdiyini bildirmişdi.