İsrail Qəzza ilə sərhəd qapılarını bağladı

israil-qezza-ile-serhed-qapilarini-bagladi
Oxunma sayı: 745

İsrail hökuməti Qəzza ilə iqtisadi əlaqələrin təmin olunduğu Kerm Əbu Səlim və Beyt Hanun sərhəd qapılarını bağlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi Qəzzadan İsrailin ərazisinə raket zərbələrinin endirilməsi göstərilir. Qapıların nə vaxt açılacağı bilinmir.

Bundan başqa, Qəzzadakı balıqçılara sahilboyu ərazilərdə balıq ovu da qadağan edilib.