“Qafqazinfo”nun “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, İsrail Müdafiə Nazirliyi bildirib ki, zərbələr silahlıların mövqelərinə endirilib.
Hava zərbələri cümə günü İsrail polisi ilə fələstinlilər arasında baş verən toqquşmalardan sonra güclənib.
Regionda gərginlik ötən həftə ərəb yeniyetmənin oğurlanması və öldürülməsindən sonra artıb. Bundan əvvəl isə 3 gənc oğurlanaraq öldürülmüşdü.
Son xəbərlər
Son Xəbərlər