İsrail Qəzza zolağına 80 uçuş aparatından zərbələr endirib

israil-qezza-zolagina-80-ucus-aparatindan-zerbeler-endirib
Oxunma sayı: 2349

"İsrail ordusu "Həmas" radikal qruplaşmasının Qəzza zolağındakı 150 mövqeyinə eyni anda 80 uçuş aparatından zərbələr endirib".

"Qafqazinfo" xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Yonatan Konrikus deyib. O bildirib ki, İsrail uzun müddətdən sonra ilk dəfədir "Həmas" və "İslam cihad" qruplaşmasının raket zərbələri endirdiyi 150 nöqtəyə 80 uçuş aparatı ilə zərbələr endirir.

Konrikus F-35 qırıcısından da istifadə edildiyini bildirib.