İsrail Qəzza zolağını bombaladı

israil-qezza-zolagini-bombaladi
Oxunma sayı: 711

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağını bombalayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi tvitter hesabında məlumat yayıb.

Hava zərbələri bir qədər əvvəl Qəzza zolağında atılan raket hücumuna cavab olub.

Qırıcıların endirdiyi zərbələr zamanı HƏMAS-a məxsus iki obyekt məhv edilib. Hücuç nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.