İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına hava zərbələri endirib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə fələstinli mənbələr məlumat yayıb.
Məlumata əsasən, qırıcılar qanadlı raketlərlə HƏMAS-a məxsus 6 obyekti vurub. Səhiyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hücumlar nəticəsində 2 nəfər həlak olub.
İsaril ordusu Qəzza sektorundakı terrorçulara məxsus tuneli, silah anbarını və hərbi zavodu vurduğunu açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər